Karantində 500-dək adam var - Qərargah 

12:42 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Hazırda karantində 500-dək adam var. Onların hamısından yaxmalar götürülüb, koronavirus aşkarlanmayıb".

Hafta.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. 

Onun sözlərinə görə, bu virusa yoluxanların 4-5 faizində xəstəlik yüngül formada keçir və onların xəstəxanada müalicə olunmasına belə ehtiyac qalmır. 

“Hazırda Azərbaycanda koronavirusa yoluxan 3 şəxs var. Onların vəziyyəti tam stabildir”.

Bunu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətində ağırlaşma yoxdur, amma həkim nəzarətindədirlər.

"Martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu müddətdə qapalı yerlərə aparmasınlar". Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu cür yerlərdə nəinki koronavirus, bütün virusların yayılma riski çox olur: "Ümumilikdə bütün əhalidən xahiş edirik ki, hamı verdiyimiz tövsiyələrə əməl etsin"